Bank Of Baku

Astarada şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş yaşayış evi istifadəyə verilib

Astarada şəhid ailələri və müharibə əlilləri üçün tikilmiş yaşayış evi istifadəyə verilib
# 10 may 2008 08:11 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Astarada “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində şəhid ailələri, Qarabağ, Əfqanıstan müharibələri və Çernobıl əlilləri üçün tikilmiş dördmərtəbəli, 32 mənzilli yaşayış binası istifadəyə verilib. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilmiş mərasimdə çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ölkədə şəhid ailələrinə və müharibələrdə sağlamlığını itirmiş şəxslərə dövlət qayğısından danışıb. O, yeni mənzillərin order və açarlarını sahiblərinə təqdim edib.
Qeyd edək ki, tikintisinə 1 milyon 53 min manat vəsait sərf olunan yaşayış evi fasiləsiz olaraq içməli su, təbii qaz və elektrik enerjisi ilə təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR