Bank Of Baku

Masallıda su və qaz xətlərinin açılışı olub

Masallıda su və qaz xətlərinin açılışı olub
# 10 may 2008 08:15 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Masallı şəhərində və rayonun 7 yaşayış məntəqəsində içməli su xəttinin açılışı olub. Rayon İcra Hakimiyyətindən APA-nın Cənub bürosuna verilən məlumata görə, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində reallaşan bu layihə Masallı şəhərinin və rayonun Ərkivan, Gəyəçöl, Şıxlar, Yeddioymaq, Qasımlı, Kalinovka və Qızılağac kəndlərinin içməli suya olan tələbatını təmin edib. Yaxın vaxtlarda rayonun Qarğalı, Həsənli, Xırmandalı, Hacıtərə kəndlərinə də içməli su xəttinin çəkilişi başa çatdırılacaq. Rayonun Şərəfə kəndinə isə 15 illik fasilədən sonra təbii qazın verilməsi bərpa olunub. İlkin mərhələdə kəndəki 420 ev sayğaclaşdırılaraq mavi yanacaqla təchiz edilib. Yaxın günlərdə daha 80 evə təbii qaz veriləcək. İlin sonuna kimi rayonun Kolatan, Sığdaş, Səmidxan, Alaşa, Sərçuvar kəndlərinin və Boradigah qəsəbəsinin də qazlaşdırılması işi başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR