Bank Of Baku

Zaqatalada bir neçə sosial obyektin açılışı olub

Zaqatalada bir neçə sosial obyektin açılışı olub
# 10 may 2008 09:43 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibəti ilə Zaqatalada bir neçə sosial obyektin açılışı olub. Zaqatala rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binası istifadəyə verilib. Bundan başqa, rayon incəsənət və şahmat məktəbləri, Çobankol kənd Mədəniyyət Evi, həmçinin şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra açılışları keçirilib. Açılış mərasimlərində ictimaiyyət nümayəndələri ilə birlikdə rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR