Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Dəvəçi, Xaçmaz və Qubaya qastrola gedəcək
13 iyun 2008 16:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi iyunun 23-dən 25-dək Dəvəçi, Xaçmaz və Quba rayonlarına qastrol səfərinə gedəcək. Teatrdan APA-ya bildirilib ki, qastrol zamanı xalq yazıçısı İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” tamaşasını nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, baş rollarda xalq artistləri Bəsti Cəfərova, Elxan Ağahüseynoğlu, əməkdar artistlər Cəfər Namiq Kamal, Kubrabəyim Əliyeva, Sabir Məmmədov, Sevinc Əliyeva, Kazım Həsənquliyev, Əsgər Məmmədoğlu, aktyorlar Məzahir Cəlilov, Rövşən Kərimduxt və başqaları çıxış edəcəklər.
Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024