Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın “İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə” ordeninə layiq görülüb
13 iyun 2008 16:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın “İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə” ordeninə layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatında görə, Fransanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Jan-İv Berto ordeni Sevda Məmmədəliyevaya təqdim edib. O, Sevda Məmmədəliyevanın Azərbaycan elminin və mədəniyyətinin inkişafında böyük xidmətləri olduğunu qeyd edib. Diplomat Azərbaycanın mədəni irsinin mühafizəsində də S. Məmmədəliyevanın gərgin fəaliyyətini qeyd edərək, Fransa dövlətinin bu xidmətləri yüksək dəyərləndirdiyini bildirib.
Sosial
Səfir: "Pakistan İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir"
00:02
3 may 2024
Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB
18:18
2 may 2024
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub
17:53
2 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024