İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Biləsuvar və Cəlilabad polis şöbələrinin təcridxanalarında monitorinq keçirib
14 iyun 2008 10:34 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Biləsuvar və Cəlilabad rayonlarının polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, təcridxanalara aldığı şikayətlər əsasında baş çəkib: “Biləsuvar sakini mənə müraciətində oğluna polis şöbəsində zor tətbiq olunması barədə şikayət etmişdi. Amma şöbənin rəhbərliyi bu məlumatı təkzib etdi”. Bu gün Masallı, Lənkəran və Astara rayonlarının polis şöbələrində də olacağını deyən E. Behbudov monitorinqin nəticələri barədə daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini söyləyib. Komitə sədrinin sözlərinə görə, hazırda cənub bölgəsində olan R. Usubov da polis şöbələrinin təcridxanalarına baxış keçirəcək.
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024