Bank Of Baku

Plovdağda yenidən arxeoloji qazıntılar başlanıb

Plovdağda yenidən arxeoloji qazıntılar başlanıb
# 17 iyun 2008 15:11 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Naxçıvanın Ordubad rayonu ərazisində, Gilan çayının sol sahilində yerləşən Plovdağ abidəsində yenidən arxeoloji qazıntılar başlanıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xaraba Gilan” elmi ekspedisiyasının rəhbəri Bəhlul İbrahimli məlumat verib. O bildirib ki, abidə təsərrüfat tikililəri ilə yanaşı, iki yaşayış yeri və iki qəbristanlıqdan ibarətdir: “Hazırda orta tunc dövrü və son tunc dövrünə aid qəbristanlıqda tədqiqata başlanıb. Bu qəbirlərin altında isə ilk tunc dövrünə aid yaşayış yeri var. Tədqiqatlar burada ilk dəmir dövrünə aid əlamətlərinin olub-olmadığını müəyyənləşdirəcək”. Ekspedisiya rəhbərinin sözlərinə görə, arxeoloji qazıntılar avqustun 12-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR