Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında Məşvərət Şurasının iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında Məşvərət Şurasının iclası keçirilib
# 17 iyun 2008 15:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri yanında Məşvərət Şurasının iclası keçirilib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitənin sədri Hidayət Orucov qarşıdakı prezident seçkiləri ilə əlaqədar həyata keçirilən tədbirlər planı haqqında danışıb. O bildirib ki, “2008-ci il: dindarlar seçici kimi” mövzusunda mart ayında başlayan seminar-treninqlər ölkənin bütün rayonlarında dairə seçki komissiyalarının üzvlərinin iştirakı ilə davam etdiriləcək. Dindarların seçki prosesində iştirakının təmin edilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyən H. Orucov bu məsələdə dini konfessiya rəhbərlərinin rolunu xüsusi vurğulayıb. İclasda islam, xristian və yəhudi dinlərinin ənənəvi bayram və mərasimləri ilə bağlı təqvimin hazırlanması məsələsi də müzakirə olunub. Şura üzvləri bu təqvimin hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını, qısa müddət ərzində təqvimlə bağlı rəy və təkliflərini komitəyə təqdim edəcəklərini bildiriblər. İclasda dini maarifləndirmənin aparılması ilə əlaqədar məsələlər də müzakirə mövzusu olub. Yığıncaqda Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç və dağ yəhudiləri dini icmasının sədr müavini Semyon Şalmeyev və digərləri çıxış edərək dindarların 2008-ci ilin payızında keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR