Bank Of Baku

Azərbaycanın daxili işlər naziri ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın daxili işlər naziri ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsini qəbul edib
# 17 iyun 2008 16:56 (UTC +04:00)
Bakı-APA. Daxili işlər naziri general-polkovnik Ramil Usubov iyunun 17-də ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsi xanım Yeva Biodeni qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov görüşdə ATƏT-lə nazirli arasında əlaqələrindən danışıb. “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın təsdiqləndiyini deyən nazir DİN-də İnsan Alverinə Qarşı Mübarizə yaradıldığını diqqətə çatdırıb. R. Usubov yaradılan “Qaynar xətt”in bu növ cinayətlərin qurbanlarına tibbi, psixoloji, hüquqi və digər yardımların göstərildiyini söyləyib. Onun sözlərinə görə, 2007-ci ildə Azərbaycanda insan alveri ilə 74 fakt aşkarlandığını, 101 nəfər qurbanın müəyyənləşdirildiyini, 85 nəfərin məsuliyyətə cəlb olunduğunu, 2008-ci ildə isə 39 faktın aşkarlandığını, 36 qurbanının müəyyənləşdirildiyini, 45 nəfərinsə məsuliyyətə cəlb olunduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR