Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib
# 18 iyun 2008 07:50 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 3 dövlət orqanında 26 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqəyə qatılmaq istəyən Azərbaycan vətəndaşları sənədlərini 18 iyun - 7 iyul tarixlərində quruma təqdim etməlidirlər. Müsahibəyə dair ətraflı məlumat komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az və www.csc.gov.az), “Respublika” və “Zerkalo” qəzetlərinin 18 iyun 2008-ci il tarixli saylarında verilib.
Qeyd edək ki, müsabiqəyə çıxarılmış 26 vakant dövlət qulluğu vəzifəsindən 13-ü İqtisadi İnkişaf Nazirliyi, 10-u Təhsil Nazirliyi, 3-ü isə Gənclər və İdman Nazirliyi üzrədir. Vakant vəzifələrin 12-si mərkəzi icra hakimiyyəti orqanları aparatında, 14-ü isə bölgələrdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR