Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatının malyariya üzrə regional müşaviri Azərbaycanda səfərdədir

Ümumdünya Səhiyyə Təşkilatının malyariya üzrə regional müşaviri Azərbaycanda səfərdədir
# 18 iyun 2008 07:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun malyariya üzrə regional müşaviri Mixail Yejov Azərbaycanda səfərdədir. ÜST-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, iyunun 16-dan başlayan səfər sabah yekunlaşacaq. Səfər zamanı M. Yejov Səhiyyə Nazirliyində, AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun Azərbaycan nümayəndəliyində görüşlər keçirib. Görüşlərdə Azərbaycan Respublikasında 2008-2013-cü illər üçün malyariyanın eliminasiyası üzrə strategiyanın həyata keçirilməsi, ölkədə malyariyanın tam ləğvi, ÜS T-nin dəstəyi və AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun maliyyə vəsaiti hesabına yeni beş illik layihənin icrası ilə bağlı müzakirələr aparılıb. Sentyabradək həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda malyariyanın tam ləğvi üçün müalicə sistemi təkmilləşdiriləcək, xəstəliyə nəzarət sistemi və laboratoriyaların maddi-texniki bazası gücləndiriləcək, mobil briqadalar yaradılacaq, treninqlər keçiriləcək, əhali arasında təbliğat işləri aparılacaq. ÜST-nin hazırladığı bu layihə iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələ iki ili, sonrakı faza isə üç ili əhatə edəcək. Layihənin maliyyələşdirilməsi üçün təqribən 7 milyon dollar tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR