Bank Of Baku

“AzAL”-ın İran nümayəndəliyinin sabiq rəhbərinin apellyasiya şikayəti təmin olunmayıb

“AzAL”-ın İran nümayəndəliyinin sabiq rəhbərinin apellyasiya şikayəti təmin olunmayıb
# 18 iyun 2008 10:15 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində vəzifə cinayətlərində təqsirləndirilən Azərbaycan Hava Yolları Dövlət Konserninin (“AzAL”) Milli Aviasiya Şirkətinin İran nümayəndəliyinin sabiq rəhbəri Elçin Axundovun apellyasiya şikayəti üzrə qərar elan olunub. Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili İradə Cavadova məlumat verib. Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israfetmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan E. Axundov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR