Bank Of Baku

Azərbaycan Prezident Aparatının əməkdaşı Mərmərə Universitetinin “Ən yaxşı məzunu” adına layiq görülüb

Azərbaycan Prezident Aparatının əməkdaşı Mərmərə Universitetinin “Ən yaxşı məzunu” adına layiq görülüb
# 18 iyun 2008 11:03 (UTC +04:00)
Türkiyə Universitetləri Məzunları İctimai Birliyindən APA-ya verilən məlumata görə, tədbirdə ali məktəbin məzunları olan tanınmış şəxslərə mükafatlar təqdim olunacaq. Mükafatçılar arasında universitetin “Ən yaxşı məzunu” adına layiq görülən Azərbaycan Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov da var.
Qeyd edək ki, T. Qurbanov 1992-ci ildə Mərmərə Universitetinin dövlət idarəçiliyi şöbəsinə daxil olub, 1999-cu ildə həmin şöbəni ən yüksək balla ilə bitirib. Universitet məzunları arasında indiyədək bu nəticəni göstərən olmayıb. T. Qurbanov Fransanın Sorbon Universitetində doktorant təhsili alıb. O, Fransa dövləti tərəfindən hər il yalnız 2 doktoranta verilən “Eyfel” təqaüdünə layiq görülüb, 2005-ci ildə Sorbon Universitetinin ilk azərbaycanlı alimi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR