Bank Of Baku

Azərbaycan Prezident Aparatının şöbə müdiri: “Avropa Məhkəməsində ləğv olunan məhkəmə qərarlarına görə hakimlər məsuliyyət daşımır”

Azərbaycan Prezident Aparatının şöbə müdiri: “Avropa Məhkəməsində ləğv olunan məhkəmə qərarlarına görə hakimlər məsuliyyət daşımır”
# 18 iyun 2008 11:28 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Avropa İnsan Hüquqları Məhkəməsində baxılan işlərlə bağlı ləğv olunan məhkəmə qərarlarına görə hər hansı hakim məsuliyyət daşımır”. APA-nın xəbərinə görə, bu barədə Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. Şöbə müdirinin sözlərinə görə, qərarın ləğv olunması hələ o demək deyil ki, hakim cəzalandırılmalıdır: “Belə olsa, dünyada cəzalandırılmayan hakim qalmaz. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı çıxandan sonra onun icra proseduru başlanır. İcra proseduru konkret tədbirlərin həyata keçirilməsi ilə baş tutur, eyni zamanda bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər oluna bilər. Avropa Məhkəməsi işlə bağlı hüquq pozuntusuna yol verildiyi qənaətinə gəlibsə, bununla bağlı Azərbaycandakı mövcud prosedurlara əməl edilir. Ali Məhkəmə işə baxır, Avropa Məhkəməsi tərəfindən müəyyən edilən pozuntunu təsdiqləyir və həmin işlə bağlı məhkəmə qərarını ləğv edir. Ləğv olunandan sonra isə iş müvafiq instansiya məhkəməsinə göndərilir və orada pozuntu faktı ilə bağlı araşdırma aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR