Bank Of Baku

Azərbaycanda Ombudsmanların VI Beynəlxalq Konfransı keçirilir

Azərbaycanda Ombudsmanların VI Beynəlxalq Konfransı keçirilir
# 18 iyun 2008 11:17 (UTC +04:00)
APA-nın xəbərinə görə, BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və “18 iyun Azərbaycanda insan hüquqları günü”nə həsr olunan “Qloballaşan dünyada insan hüquqları” mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib ki, toplantıda 50 ölkənin ombudsman təsisatının nümayəndələri, ombudsmanlar iştirak edir. Ombudsman mayın 19-dan iyunun 18-ə qədər Azərbaycanda insan hüquqları aylığının keçirildiyini, aylıq çərçivəsində bir çox tədbirin təşkil olunduğunu deyib. E. Süleymanova qeyd edib ki, aylıq çərçivəsində bütün cəzaçəkmə müəssisələrinə də baxış keçirilib.
Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini elan edib. Müraciətdə qeyd olunub ki, Azərbaycan soyqırım və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, işğal olunan torpaqların azad edilməsi üçün sarsılmaz iradəsini və gücünü nümayiş etdirəcək: “Ümidvaram ki, ombudsmanlar və beynəlxalq təşkilatların nümayəndələri bu məsələlərə xüsusi diqqət yetirəcəklər və biz birlikdə insanların pozulan hüquqlarının bərpasına nail olcağıq”. Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pouezat BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyi ilə bağlı Azərbaycanda tədbirlər keçirilməsini yüksək qiymətləndirib. B. Pouezat Azərbaycanda bəyannamənin 5 minə yaxın nüsxəsinin yayıldığını bildirib. Millət vəkili Qənirə Paşayeva, Milli Məclisin şöbə müdiri Lətif Hüseynov tədbirdə məruzə ilə çıxış ediblər. Konfrans işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR