Bu ilin beş ayında Azərbaycanda 8047 cinayət hadisəsi qeydə alınıb
18 iyun 2008 13:49 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin beş ayı ərzində ölkədə 8047 cinayət hadisəsi qeydə alınıb. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, cinayətlərin 49 faizi Bakı, 4 faizi Sumqayıt, 3,6 faizi Gəncə şəhərlərində, 1,9 faizi Abşeron, 1,8 faizi Cəlilabad və hər birində 1,6 faiz olmaqla Lənkəran və Xaçmaz rayonlarında törədilib. Yanvar-may ayları ərzində aşkarlanan 6388 nəfər hüquqpozucunun 5069-u (79 faizi) cinayət məsuliyyətinə cəlb olunub. Məsuliyyətə cəlb olunanların 81,7 faizi əmək qabiliyyətli yaşda olub, lakin heç bir yerdə oxumayan və işləməyən, 9,7 faizi əvvəllər cinayət törətmiş şəxs, 12,9 faizi qadın, 3,1 faizi yetkinlik yaşına çatmayan şəxsdir. Törədilən cinayətlər nəticəsində xəsarət alan 3651 nəfərin 42,8 faizi qadınlar, 3,1 faizi yetkinlik yaşına çatmayanlardır.
Sosial
IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib
17:57
1 iyun 2024
Lənkəranda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub
12:36
1 iyun 2024
FHN-in Şimal Regional Mərkəzində şəhid övladları üçün “açıq qapı günü” keçirilib - FOTO
12:35
1 iyun 2024
FHN-in Sumqayıt Regional Mərkəzi məktəblilər üçün “açıq qapı” günü keçirib
12:17
1 iyun 2024