Bank Of Baku

JuHİ KİV nümayəndələrinin sosial problemlərinin ictimailəşdirilməsi üçün kampaniya keçirir

JuHİ KİV nümayəndələrinin sosial problemlərinin ictimailəşdirilməsi üçün kampaniya keçirir
# 18 iyun 2008 14:47 (UTC +04:00)
Bakı-APA. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə ölkənin KİV-də çalışanların sosial hüquqlarının təmin edilməsi üçün çoxmərhələli proqramın icrasına başlayıb. JuHi-dən APA-ya verilən məlumata görə, proqramın ilk mərhələsi KİV nümayəndələrinin sosial problemlərinin öyrənilərək ümumiləşdirilməsindən və ictimailəşdirilməsindən, ikinci mərhələsi sosial problemlərlə rastlaşan, əmək hüquqları pozulan jurnalistlərə hüquqlarının bərpa edilməsi üçün praktiki yardımın göstərilməsindən ibarətdir. Proqram çərçivəsində KİV redaksiyalarının rəhbərlərinə, müvafiq dövlət qurumlarına müraciət və təkliflərin hazırlanması da nəzərdə tutulur ki, həmin təklif və müraciətlərdə KİV nümayəndələrinin sosial qayğılarının aradan qaldırılması mexanizmləri əks olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR