Misir Mərdanov “British Council” təşkilatının Azərbaycan üzrə direktoru ilə görüşüb
18 iyun 2008 16:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın “British Council” təşkilatının ölkə üzrə direktoru Nikol le Os de Lalüvye ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov bildirib ki, yeni tədris ilindən 7 orta məktəbdə pilot layihə reallaşdırılacaq, həmin məktəblər üçün xüsusi tədris planı təsdiq ediləcək, ingilis dilinin tədrisinə ayrılan vaxt artırılacaq və burada müvafiq fənni tədris edən müəllimlər treninqlərə cəlb olunacaq. Bu layihə uğurlu olarsa, davam etdiriləcək. Nkol lə Os de Lalüvye isə Azərbaycanda ingilis dilinin tədrisi və təkmilləşdirilməsi üzrə aparılan layihələrə lazımi köməklik göstərməyə hazır olduqlarını deyib. Görüşdə azərbaycanlı gənclərin Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsil almasına dair layihənin hazırlanması və təsdiqi, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi işinə yardım göstərilməsi, bu dilin tədrisi üzrə monitorinq keçirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.
Sosial
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
11:10
4 may 2024
Beynəlxalq səyyahlar Cocuq Mərcanlı kəndinə səfər ediblər - FOTO
10:55
4 may 2024
DYP atmosferin çirklənməsi ilə bağlı sürücülərə müraciət edib
10:40
4 may 2024
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024