Naxçıvan Dövlət Universitetində elmi seminar keçirilir
19 iyun 2008 11:42 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Naxçıvan Dövlət Universitetində (NDU) “Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri” mövzusunda elmi seminar başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, tədbir NDU, NATO, Mərkəzi və Şərqi Avropa Şəbəkələşdirmə Assosiasiyasının (Polşa) təşkilatçılığı ilə keçirilir. Seminarda Azərbaycanın regionlarında şəbəkə infrastrukturunun inkişafının prioritet istiqamətləri, kampus şəbəkəsi, uzaq regionların universitetlərində informasiya və kommunikasiya texnologiyaları, şəbəkə təhlükəsizliyi, innovasiya zonaları, yer üzərindəki telekommunikasiya şəbəkələrindən uzaqda olan və hərəkət edən obyektlərlə rabitənin təşkili ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan və dünya alimlərinin iştirak etdiyi seminar iyunun 21-də yekunlaşacaq.
Sosial
Bakıda 20 dərəcə isti var, yağış yağacaq – FAKTİKİ HAVA
09:25
5 may 2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024