Nazir: “Azərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən təkrar imtahanın nəticələri ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq”
19 iyun 2008 13:34 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, təkrar imtahanda 4000-dək məzunun iştirakı nəzərdə tutulsa, hələlik imtahana neçə nəfərin qatıldığı dəqiqləşdirilməyib. Təkrar imtahanda məzunlar birinci imtahanda olduğu kimi, bütün fənlərdən deyil, yalnız kəsildikləri fənlər üzrə sualları cavablandırıblar. Nazir qeyd edib ki, təkrar imtahanın cavabları ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq, nəticələr TN-in İnternet saytında yerləşdiriləcək. M. Mərdanov təkrar imtahanda iştirak edən bütün məzunlara hər cür güzəştin edildiyi də söyləyib.
Sosial
Makron Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini bəyan edib
03:59
5 may 2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024