Bank Of Baku

Azərbaycanın sabiq millət vəkili “Bizim yol” qəzetinə qarşı iddiasını geri götürüb

Azərbaycanın sabiq millət vəkili “Bizim yol” qəzetinə qarşı iddiasını geri götürüb
# 19 iyun 2008 14:21 (UTC +04:00)
Bakı. Hacı Zeynalov APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə sabiq millət vəkili Hüseyn Abdullayevin “Bizim Yol” qəzetinə qarşı qaldırdığı iddia ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə iddiaçı tərəf apellyasiya şikayətini geri götürdüyü bildirib və tərəflər razılığa gəlib. Məhkəmə Xətai rayon Məhkəməsinin qərarının ləğv olunması barədə qətnamə qəbul edib.
Qeyd edək ki, H. Abdullayevin iddiası əsasında Xətai rayon Məhkəməsi “Bizim yol” qəzetinin təkzib verməsi və 1000 manat məbləğində cərimələnməsi barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR