Bank Of Baku

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi Qaçqınlar Günü ilə bağlı müraciətində Gürcüstan azərbaycanlılarının problemlərinə diqqət çəkib

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi Qaçqınlar Günü ilə bağlı müraciətində Gürcüstan azərbaycanlılarının problemlərinə diqqət çəkib
# 19 iyun 2008 16:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi 20 iyun - Beynəlxalq Qaçqınlar Günü ilə bağlı Milli Məclisin sədrinə, Prezidentin İcra Aparatının rəhbərinə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədrinə müraciət edib. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Azərbaycanda yaşayan qaçqınların hüquq və azadlıqlarının təminatı sahəsində ciddi problemlər olduğu bildirilir: “Beynəlxalq Qaçqınlar Günü ərəfəsində birlik ictimaiyyətin diqqətini faktiki qaçqın vəziyyətində olan, lakin heç bir statusa malik olmayan, Gürcüstandan gələrək müxtəlif illərdə ölkəmizdə məskunlaşan azərbaycanlıların problemlərinə yönəltmək istəyir. Hesablamalara görə, Azərbaycanda 50 mindən çox Gürcüstan azərbaycanlısı sənədsiz və ya etibarsız sənədlərlə yaşayır. Bu da onların konstitusion hüquq və azadlıqlardan məhrum olması deməkdir”. Müraciətdə Gürcüstan hakimiyyətinin etnik təmizləmə siyasətini davam etdirdiyi qeyd olunur: “Gürcüstan hökumətinin qərəzli münasibətinin qurbanı olan bu şəxslər Azərbaycanda da vətəndaşlıq əldə etmək imkanından məhrum edilir. Hətta Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan şəxslərə də şəxsiyyət vəsiqəsi verilmir. Gürcüstanın apardığı bu siyasət nəticəsində soydaşlarımızın əmək, yaşayış yerini seçmək, təhsil, tibbi yardım almaq, vətəndaşlıq hüquqları kobud surətdə pozulur. Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızla bağlı konkret tədbirlər planı hazırlayaraq qonşu ölkədə həyata keçirilən etnik təmizləmə siyasətinin qarşısını almalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR