Bank Of Baku

Ombudsmanların VI Beynəlxalq konfransının iştirakçıları yeniyetmə və qadın məhkumların cəzaçəkmə müəssisələrinə baş çəkiblər

Ombudsmanların VI Beynəlxalq konfransının iştirakçıları yeniyetmə və qadın məhkumların cəzaçəkmə müəssisələrinə baş çəkiblər
# 19 iyun 2008 16:24 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan paytaxtında keçirilən Ombudsmanların VI Beynəlxalq Konfransının iştirakçıları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinə və qadın məhkumların cəza çəkdikləri 4 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkiblər. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ombudsman Aparatının məsul əməkdaşının müşayiəti ilə konfrans iştirakçıları cəzaçəkmə müəssisələrinin məişət obyektlərinə, yataqxanalara, yeməkxanaya, tibb hissəsinə, kitabxanaya, tədris ocaqlarına, habelə məhkum qadınların çalışdıqları xalçaçılıq sexinə baş çəkib, yeniyetmə və qadın məhkumların əl işləri ilə də tanış olublar. Tədbirin sonunda qadın məhkumların əl işləri - Qız qalasının əks etdirildiyi xalçalar qonaqlara hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR