Bank Of Baku

Dəvəçi rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı tutulub

Dəvəçi rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı tutulub
# 20 iyun 2008 08:08 (UTC +04:00)
Dəvəçi. Solmaz Mehdiyeva-APA. Dəvəçi rayon İcra Hakimiyyətinin (RİH) təsərrüfat məsələləri üzrə sabiq müdiri, 1965-ci il təvəllüdlü Firudin Ağaqulu oğlu Ağasiyev oğurluqda təqsirləndirilərək həbs edilib. APA-nın şimal bürosunun məlumatına görə, F. Ağasiyevin evində aparılan axtarış nəticəsində RİH-in balansında olan elektrik naqilləri, radiator və digər tikinti materialları aşkarlanıb. Faktla bağlı Dəvəçi rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, F. Ağasiyev bu ilin aprelində tutduğu vəzifədən azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR