Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin 8 ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7344 fakt aşkarlanıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
DİN rəsmisi qeyd edib ki, faktlar üzrə 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 160 nəfəri qadındır.