Bank Of Baku

9 ayda DSMF-nin xərcləri 6,3 faiz artıb

9 ayda DSMF-nin xərcləri 6,3 faiz artıb
# 13 oktyabr 2022 11:35 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 2,8 faiz və ya 116 mln. manat çox olmaqla 4 mlrd. 237 mln. manat təşkil edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-sentyabr aylarında proqnoza nisbətən 3,6 faiz və ya 114 mln. manat artaraq 3 mlrd. 302 mln. manat olub.

DSMF-nin xərcləri isə 3 mlrd. 893 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz və ya 230 mln. manat çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR