“ASAN xidmət”də şəhid ailələri və yaralı hərbçilər üçün növbəsiz xidmət göstərilir

“ASAN xidmət”də şəhid ailələri və yaralı hərbçilər üçün növbəsiz xidmət göstərilir
# 15 yanvar 2021 17:47 (UTC +04:00)

“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün xüsusi xidmət təşkil edilib.

“ASAN xidmət”dən APA-ya verilən məlumata görə, bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilərlər. Göstərilən xidmətlər yaralanan və şəhidlərin ( vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir.

Məqsəd canı-qanı bahasına Qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.

Bir ay ərzində bu istiqamətdə 101 yaralananın və 135 şəhid ailəsi üzvünün ümumilikdə 236 müraciəti təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR