Avropa Dərman Agentliyi: Koronavirus peyvəndinin qiymətləndirilməsi ilin sonunadək tamamlana bilər
01 dekabr 2020 17:37 (UTC +04:00)
Almaniyanın əczaçılıq şirkəti "BioNTech" və ABŞ-ın "Pfizer" şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndi ilə bağlı nəticə ilin sonuna qədər verilə bilər.
APA-nın xəbərinə görə, bu barədə Avropa Dərman Agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, təqdim olunan məlumatlar peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi barədə yekun nəticə çıxarmaq üçün tam olarsa, Avropa Dərman Agentliyi dekabrın 29-dan gec olmayaraq planlaşdırılan iclas üçün peyvəndin qiymətləndirilməsini vaxtında tamamlaya bilər.
"BioNTech" və "Pfizer" hazırladıqları peyvəndin COVID-19-a qarşı 95 faiz effektiv olduğunu bəyan ediblər. Şirkətlər noyabrın 20-də koronavirus peyvəndinin qeydiyyata alınması müraciət ediblər.
COVID-19-a qarşı peyvənd hazırlayan ABŞ-ın "Moderna" şirkəti də 30 min insanın iştirak etdiyi sınaqların üçüncü mərhələsində peyvəndinin 94,5 faif təsir göstərdiyini bəyan edib.
"Moderna" şirkətinin peyvəndi ilə bağlı yekun nəticənin yanvarın 12-dən gec olmayaraq təqdim olunacağı bildirilib.
Sosial
Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - BİRGƏ MƏLUMAT
22:42
7 may 2024
“Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda konfrans keçirilib
19:28
7 may 2024
Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:04
7 may 2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalara riayət edilməməsinə görə cərimələr müəyyənləşib
18:08
7 may 2024