Azərbaycanda indiyədək ümumilikdə 26 165 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib, 8 575 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.