Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib.
APA-nın xəbərinə görə, M. Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, DİM müəyyən qaydalara əməl edir: "Hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontakta olmayıb. Biz yalnız bu bəyannaməyə baxırıq. Eyni zamanda hərarəti olanlar da imtahana buraxılmır”.