Keçən il qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı ölkə üzrə 334 fakt müəyyən edilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.
Sənədə əsasən, həmin cinayətlərə görə 141 nəfər məsuliyyətə cəlb olunub. Qanunsuz saxlanılan 832 odlu silah və 61 mindən çox patron götürülüb.