“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasının işlər planına “Lombardlar haqqında”, “Turizm haqqında” qanunlar daxil ediləcək”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.
O deyib ki, işlər planına bir sıra qanunlara dəyişiklik də nəzərdə tutulur.
İşlər planı qəbul edilib.