“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib
# 30 may 2020 13:32 (UTC +04:00)

“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kollegiyası qərar verib.

Qərarda deyilir:

1. Bu Qayda Azərbaycan Respublikasında peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması məsələlərini tənzimləyir.

2. Bu Qayda peşə təhsili müəssisələrində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.

3. Peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 2020-ci il 21 may tarixli KQ-03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmə) aparılmasının müvəqqəti Qaydası”na, yekun attestasiyası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

4. Peşə təhsili pilləsində təhsilalanların peşələr üzrə bilik, bacarıq, səriştə səviyyəsini və müstəqil işə hazırlığını müəyyənləşdirmək məqsədi ilə təhsil proqramının sonunda onların yekun qiymətləndirilməsi keçirilir.

5. Yekun qiymətləndirmə təhsil proqramında yer alan hər bir modulun təlim nəticələri üzrə nəzəri biliklərin və tətbiqi (praktik) bacarıqların müəyyən edilməsi üçün təhsilalanın səriştəsinin qiymətləndirilməsindən ibarətdir.

6. Təhsilalanların səriştəsinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Dövlət Attestasiya Komissiyası (DAK) tərəfindən keçirilir. Komissiyanın tərkibinə tələbənin təhsil aldığı peşə təhsili müəssisəsinin direktoru, tədris-istehsalat işləri üzrə direktor müavini, baş usta, ixtisası tədris edən istehsalat təlimi ustaları və sahə üzrə mütəxəssis daxil edilir. DAK-ın sədri DAK-ın üzvləri arasından Agentlik tərəfindən təyin olunur. DAK-ın qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, DAK sədrinin səsi həlledicidir.

7. Yekun qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.

8. Modulun təlim nəticələri üzrə nəzəri biliklərin və tətbiqi (praktik) bacarıqların müəyyən edilməsi üçün səriştənin qiymətləndirilməsi nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür. Təhsilalanlar tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.

9. Təhsilalanın səriştəsinin qiymətləndirilməsindən aldığı qiymət onun yekun qiyməti hesab olunur.

10. Yekun qiymətləndirmənin nəticələri imtahan protokoluna yazılır və DAK-ın sədri və üzvləri tərəfindən imzalanır.

11. DAK-ın qərarı əsasında məzunlara ixtisas dərəcəsi göstərilməklə peşə təhsili haqqında diplom və ya sertifikat verilir.

12. Diploma əlavədə tələbənin aralıq və yekun qiymətləndirilməsinin nəticələri qeyd edilir.

13. Yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət almış təhsilalanlar peşə təhsili müəssisəsinin müəyyən etdiyi vaxtlarda ildə 1 (bir) dəfə olmaqla növbəti 2 (iki) il müddətində keçirilən yekun qiymətləndirmədə iştirak edə bilərlər.

14. Bu Qaydanın 13-cü hissəsinə uyğun olaraq yekun qiymətləndirmədə iştirak etməyənlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na əsasən arayış verilir.

15. Yekun qiymətləndirmənin nəticələri ilə razılaşmayan təhsilalanlar, onların valideynləri və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Agentlik tərəfindən baxılır.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR