Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xidməti vəsiqənin nümunəsi yeni redaksiyada təsdiq edilib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xidməti vəsiqənin nümunəsinin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.