Alban-Udi icmasının nümayəndələri Xocavənd rayonunun Cütcü kəndi ərazisində yerləşən Amaras monastırını ziyarət ediblər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, icma nümayəndələri monastırda dini ayinlər icra edib, dualar oxuyublar.
IV əsrə aid olan Amaras monastırı Qafqaz Albaniyasının qədim dini irsinin mühüm nümunələrindən biri, eyni zamanda tarixi dini və yepiskopluq mərkəzlərindən hesab olunur.
Qeyd edək ki, Alban-Udi xristian dini icmasının nümayəndələri bundan əvvəl işğaldan azad edilmiş ərazilərdə yerləşən digər qədim Alban məbədlərini, o cümlədən Laçındakı Ağoğlan və Kəlbəcərdəki Xudavəng monastırlarını da ziyarət ediblər.