“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxs yaradılıb.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, yaradılan publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
-Azərbaycan Respublikasının Nazirlər Kabinetinə publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;
-Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə yuxarıda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanun ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Gəncə Dövlət Aqrar Kollecinin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görmək tapşırılıb.