"Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədilə milli potensialın gücləndirilməsi sahəsində start verilən yeni layihə ölkəmiz üçün bir sıra əhəmiyyətli yenilikləri ilə yadda qalacaq".
APA xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
AQTA sədri deyib ki, mərkəzi və regional laboratoriyaların transsərhəd heyvan xəstəlikləri üzrə texniki imkanları gücləndiriləcək.
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin AQTA ilə həyata keçirdiyi xəstəliklərin monitorinqi, o cümlədən baytarlıq diaqnostikası sahəsində milli potensialın gücləndirilməsi layihəsinin ölkəmizin baytarlıq sahəsinə böyük töhfələr verəcəyinə inanıram. Bu layihəyə iyulun 1-dən start verilib, 2020-ci ilin noyabr ayına qədər davam edəcək. Layihədə əsas diqqət transsərhəd heyvan xəstəliklərinin erkən aşkarlanması sistemlərinin təkmilləşdirilməsinə və xəstəlik ocaqlarına qarşı müvafiq tədbirlərin cəld görülməsinə yönələcək", - deyə o əlavə edib.
Qoşqar Təhməzli bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının xırdabuynuzlu heyvanların taun xəstəliklərinə yoluxmamaq üçün müəyyən etdiyi addımların həyata keçirilməsi istiqamətində işlər görüləcək: “Qışlaq və yaylaq şəraitində südün ilkin emalı üçün mühitin yaradılması və südün posterilizasiya edilməsi üçün avadanlıqların alınması, yaylaq və qışlaq şəraitində regiona məxsus müxtəlif çeşidli tenderlərin hazırlanması planlaşdırılır. Eləcə də əsas prioritet məsələlərdən biri olan model sallaqxanalar yaradılacaq ki, bu da qışlaq və yaylaq şəraitində qida təhlükəsizliyi tələblərinə əməl etməklə heyvanların kəsiminin, cəmdəyin sifarişə uyğun hazırlanmasının, ətin ilkin emalının aparılmasına imkan verəcək".
AQTA sədri: “Azərbaycanda model sallaqxanalar yaradılacaq”
17 iyul 2019 13:29 (UTC +04:00)
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024