İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (31.08.2026 - 06.09.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən APA-ya verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 140 piyada əleyhinə mina, 28 tank əleyhinə mina, 1390 Partlamamış Hərbi Sursat aşkarlanıb.
Bildirilib ki, 1706,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.