Azərbaycan Kardiologiya Cəmiyyətinim XI Milli Konqresinin açılışı olub.
APA xəbər verir ki, Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin, həmçinin ölkənin ən yaxşı ürək-damar həkimlərinin iştirakı ilə keçirilən açılış mərasimində giriş nitqini Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov edib.
Sədr Karidologiya Cəmiyyətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Daha sonra səhiyyə nazirinin birinci müavini İqbal Qasımov, TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev konqresin işinə uğurlar arzulayaraq ölkəmizdə kardioloji xəstəliklərin müalicəsi və əməliyyatı istiqamətində əldə edilən uğurlardan danışıblar.
Çıxışlar bitdikdəb sonra bır qrup kardioloq mükafatlandırılıb.
Qeyd edək ki, konqres öz işinə sabah yekun vuracaq.