Bank Of Baku

Azərbaycanda 15-19 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Azərbaycanda 15-19 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb
# 28 sentyabr 2022 11:30 (UTC +04:00)

2021-ci ildә 15-29 yaşda olan gәnc qadınlar tәrәfindәn diri doğulan uşaqların sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib.

Bildirilib ki, ötən il 15-29 yaşda olan qadınlar tәrәfindәn diri doğulan uşaqların sayı 81 623 olub. 15-19 yaşda qadınların dünyaya gətirdiyi uşaqların sayı 9 476, 20-24 yaşda 35 436, 25-29 yaşda 36 711 olub.

15-19 yaşda qadınlar tərəfindən doğulan uşaqların 7 504-ü birinci, 1886-sı ikinci, 80-i üçüncü, 5-i dördüncü, 1-i beşinci uşaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR