Bank Of Baku

Azərbaycanda daha 64 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda daha 64 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
# 13 dekabr 2022 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 60 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 584 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir.

Ölkədə son sutka ərzində 2 779, hazırkı dövrədək isə 7 398 046 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR