Bank Of Baku

Azərbaycanda daha 77 nəfər COVID-19-a yoluxub, vəfat edən yoxdur

Azərbaycanda daha 77 nəfər COVID-19-a yoluxub, vəfat edən yoxdur
# 08 oktyabr 2022 16:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 822 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 811 597 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 580 nəfərdir.

Ölkədə son sutka ərzində 2 166, hazırkı dövrədək isə 7 271 311 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR