Bank Of Baku

Azərbaycanda daha 92 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 92 nəfər COVID-19-a yoluxub
# 14 dekabr 2022 17:46 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 035 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 647 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 399 nəfərdir.

Ölkədə son sutka ərzində 1 946, hazırkı dövrədək isə 7 399 992 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR