Azərbaycanda daha bir həkim koronavirusdan (COVID-19) ölüb.
APA-nın xəbərinə görə, bir müddət əvvəl COVID-19 diaqnozu ilə xəstəxana yerləşdirilən ali dərəcəli neyrocərrah, neyroonkoloq, 70 yaşlı Əmrəddin Rəcəbov müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.
Həkimin bu gün səhər saatlarında vəfat etdiyi bildirilir.