Bank Of Baku

Azərbaycanda son sutkada 92 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda son sutkada 92 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib
# 11 oktyabr 2022 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 şəxs vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 822 278 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 821 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 526 nəfərdir.

Ölkədə son sutka ərzində 3 313, hazırkı dövrədək isə 7 277 812 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR