Azərbaycanda son sutkada koronavirus əleyhinə vurulan vaksinlərin sayı 101 mini keçib.
APA-nın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 40 451 nəfərdir.
Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 6 594 858-dir.