Azov dənizində yük gəmisinə dron hücumu nəticəsində həlak olan gəmi kapitanının köməkçisi Məhəmməd Əliyev dəfn olunub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 29 yaşlı Məhəmməd Əliyevin nəşi doğulduğu Zaqatala rayonu Aşağı Tala kəndinə gətirilib.
Onunla vida mərasimi keçirilib.
Vida mərasimindən sonra Məhəmməd Əliyev doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.