Bank Of Baku

BAMF sədri: Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri aksiya ilə bağlı həmrəydilər

BAMF sədri: Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri aksiya ilə bağlı həmrəydilər
# 14 dekabr 2022 11:41 (UTC +04:00)

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin hamısı bu aksiya ilə bağlı həmrəydilər.

Bunu APA-nın Şuşaya ezam olunan müxbirinə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədri Umud Rəhimoğlu deyib.

O bildirib ki, aksiyanın hansı məqsədlərlə başladılması hamıya bəllidir:

"30 ildir Azərbaycan torpaqları vandal dərəcəsində talan edilir. Dünyada bu işlə məşğul olan qüvvələr də dayanmırlar, onlar bu regionda sülhün, barışın gəlməsinə maraqlı deyillər. 30 ildə onlar bu vəziyyətdən istifadə edərək torpaqlarımızı, yerüstü və yeraltı sərvətlərimizi talan eləməklə məşğuldurlar".

Umud Rəhimoğlu qeyd edib ki, artıq vətəndaş cəmiyyətinin üzvləri dirəniş göstərirlər:

"Hesab edirəm ki, bu dirəniş öz nəticəsini göstərəcək. Artıq bütün beynəlxalq təşkilatlara, dünyanın beynəlxalq media qruplarına Azərbaycanın vətəndaş cəmiyyəti üzvlərinin səsi çatıb. Amma bunu düzgün çatdırmaq lazımdır. Bəzən bizim yolu kəsdiyimiz kimi fikirlər səsləndiriblər. Biz heç kəsin yolunu kəsmirik. Onlar bizim yolumuzu kəsiblər. Bizim ekoloqlar monitorinq etmək istəyirlər. Ölkəmizin dağılan sərvətləri ilə bağlı araşdırma etmək istəyirlər. Onlar bu monitorinqlərin aparılmasının qarşısını alıblar. Bu məqsədlə də aksiya davam edir".

BAMF sədri deyib ki, artıq iki ildən artıqdır ki, kapitulyasiya aktı imzalanıb:

"Orada müvafiq bəndlərə əsasən, terorrçu qruplar, silahlı erməni birləşmələri bu ərazidən çəkilib getməliydi. Çox təəssüf ki, bu işə əməl olunmadı. Rusiya sülhməramlı kontingentinin qüvvələri regionda əks hallar qüvvətlənməyə başladı. Bütün bunların qarşısı alınmalıdır. Regiona sülh, barış gəlməlidir" - deyə Umud Rəhimoğlu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR