“Havanın temperaturunun 25 dərəcədən yüksək olması belə koronavirusun qarşısını ala bilmir. Günəş şüaları ancaq açıq havada virusa öldürücü təsir göstərir, qapalı mühitdə isə yoluxmanın qarşısı alınmır”.
APA-nın məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov "Yay aylarında COVID-19" mövzusunda çıxışında deyib.
O deyib ki, istənilən halda infeksiyanın yayılmasına səbəb insanların yaxın təması və virusa qarşı həssaslığıdır. Fəslin koronavirusa təsiri varmı, bunu hələ bilmirik. Zamanla bu suala da aydınlıq gətiriləcək”.