“ASAN xidmət” dövlət və özəl təşkilatların birgə işini görən, insan və vətəndaşyönümlü bir modeldir.
APA xəbər verir ki, bunu “ASAN xidmət”in 10 illiyinə həsr olunmuş konfransda BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua videomüraciət zamanı deyib.
O, “ASAN xidmət”in qabaqcıl təcrübə olduğunu qeyd edib: "Bu təcrübə təqdirəlayiqdir. Agentlik BMT tərəfindən yüksək qiymətləndirilir. Bu, Azərbaycanın qabaqcıl təcrübəsidir. Hansı ki bu təcrübədən digər bir sıra ölkələr də yararlanır. Dünyadakı böhran vəziyyətini nəzərə alsaq, bu cür dövlət xidmətinin varlığı və öhdəliyi olduqca vacibdir".